Ermənistanda koronavirusa yoluxanların sayı 1 867-yə çatdı
Ermənistanda daha 59 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər virusdan ölüb.
“Leqal.info” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 1 867-yə, ölümlərin sayı isə 30-a yüksəlib. Qeyd edək ki, aprelin 27-nə olan məlumata görə, ölkədə bir gündə 62 yoluxma faktı və 1 ölüm qeydə alınmışdı. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 065 000-i ötüb. Bunların 923 062 nəfəri sağalıb, 211 658 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. |
XƏBƏR LENTİ
Dünən, 12:20
Dünən, 11:21
Dünən, 11:11
Dünən, 11:04
Dünən, 10:30
Dünən, 09:45
Dünən, 08:52
Dünən, 08:43