Seninem.Az > Dünya / Manşet Yuxarı > Ermənistanda koronavirusa yoluxanların sayı 1 867-yə çatdı

Ermənistanda koronavirusa yoluxanların sayı 1 867-yə çatdı


Tarix: 28-04-2020, 14:58. Müəllif: admin
Ermənistanda daha 59 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər virusdan ölüb.

“Leqal.info” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 1 867-yə, ölümlərin sayı isə 30-a yüksəlib.

Qeyd edək ki, aprelin 27-nə olan məlumata görə, ölkədə bir gündə 62 yoluxma faktı və 1 ölüm qeydə alınmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 065 000-i ötüb. Bunların 923 062 nəfəri sağalıb, 211 658 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt