Ermənistanda fövqəladə vəziyyət rejimi ilin sonunadək uzadılacaq
Ermənistanda hökumət koronavirusa qarşı mübarizə çərçivəsində elan edilən fövqəladə vəziyyət rejiminin tətbiqi müddətini yenidən uzatmaq istəyir.
“Leqal.info” Report-a istinadən xəbər verir ki, məlumatı “Qraparak” yayıb. “İyulun 14-də fövqəladə vəziyyət rejiminin üçüncü müddəti başa çatır. Ancaq bəzi məlumatlara əsasən, Ermənistan azı dekabradək fövqəladə vəziyyət rejimində yaşayacaq”, - qəzet yazıb. Qəzetin bildirdiyinə görə, hökumət fövqəladə vəziyyət rejimini müxalifətin müxtəlif aksiyalarının qarşısını almaq üçün uzatmaq niyyətindədir. Qeyd edək ki, Ermənistanda martın 14-dən fövqəladə vəziyyət rejimidir. |
XƏBƏR LENTİ
Dünən, 16:36
Dünən, 14:39
Dünən, 13:15






