Seninem.Az > Dünya / Manşet Yuxarı > Ermənistanda fövqəladə vəziyyət rejimi ilin sonunadək uzadılacaq

Ermənistanda fövqəladə vəziyyət rejimi ilin sonunadək uzadılacaq


Tarix: 27-06-2020, 12:49. Müəllif: admin
Ermənistanda hökumət koronavirusa qarşı mübarizə çərçivəsində elan edilən fövqəladə vəziyyət rejiminin tətbiqi müddətini yenidən uzatmaq istəyir.

“Leqal.info” Report-a istinadən xəbər verir ki, məlumatı “Qraparak” yayıb.

“İyulun 14-də fövqəladə vəziyyət rejiminin üçüncü müddəti başa çatır. Ancaq bəzi məlumatlara əsasən, Ermənistan azı dekabradək fövqəladə vəziyyət rejimində yaşayacaq”, - qəzet yazıb.

Qəzetin bildirdiyinə görə, hökumət fövqəladə vəziyyət rejimini müxalifətin müxtəlif aksiyalarının qarşısını almaq üçün uzatmaq niyyətindədir.

Qeyd edək ki, Ermənistanda martın 14-dən fövqəladə vəziyyət rejimidir.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt