Son sutkada dünyada 104 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 104 mindən çox artıb.
Leqal.info-nun verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir. Mayın 28-ü saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 104 505 nəfər yeni koronavirusa yoluxub, 4 221 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 5 593 631, ölənlərin isə 353 334 nəfərə çatıb. Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 2 556 479 yoluxma və 148 412 ölüm halı. Bu göstəricilərə görə ikinci yerdə olan Avropada yoluxanların sayı 2 079 924, ölənlərin sayı isə 177 331 nəfərə çatıb. Qərbi-Sakit okean regionunda ümumilikdə 461 824 yoluxma və 11 621 ölüm halı qeydə alınıb. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.(Milli.az) |
XƏBƏR LENTİ
Dünən, 12:20
Dünən, 11:21
Dünən, 11:11
Dünən, 11:04
Dünən, 10:30
Dünən, 09:45