Seninem.Az > Dünya / Manşet Yuxarı > Son sutkada dünyada 104 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb
Son sutkada dünyada 104 mindən çox koronavirusa yoluxma halı qeydə alınıbTarix: 29-05-2020, 12:17. Müəllif: admin |
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 104 mindən çox artıb. Leqal.info-nun verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir. Mayın 28-ü saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 104 505 nəfər yeni koronavirusa yoluxub, 4 221 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 5 593 631, ölənlərin isə 353 334 nəfərə çatıb. Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 2 556 479 yoluxma və 148 412 ölüm halı. Bu göstəricilərə görə ikinci yerdə olan Avropada yoluxanların sayı 2 079 924, ölənlərin sayı isə 177 331 nəfərə çatıb. Qərbi-Sakit okean regionunda ümumilikdə 461 824 yoluxma və 11 621 ölüm halı qeydə alınıb. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.(Milli.az) Geri Qayıt |