Əfqanıstanda terror aktında ölənlərin sayı artır

Əfqanıstanın paytaxtı Kabil şəhərində xəstəxanaya edilən terror hücumu nəticəsində həlak olanların sayı 24-ə çatıb.

Leqal.info xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiyə Nazirliyi açıqlama yayıb. Hadisə nəticəsində daha 16 nəfər xəsarət alıb. 72 yaralının hamısı xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, çərşənbə axşamı Kabildə “Sərhədsiz Həkimlər” təşkilatına məxsus xəstəxananın binasının girişində terrorçu kamikadze tərəfindən partlayış törədilib. Daha sonra isə binaya silahlı terrorçular daxil olub. Terrorçuların hamısı
xüsusi təyinatlı təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib. (Qafqazinfo)скачать dle 10.6фильмы бесплатно
13-05-2020, 13:15
Baxıs: 15 008
Reyting: