Rusiya yoluxma sayına görə 3-cü yerə qalxdı
Rusiyada son sutka ərzində daha 10 899 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 232 243-ə çatıb.
Leqal.info xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bununla Rusiya koronavirusa yoluxma sayına görə dünya sıralamasında Böyük Britaniyanı qabaqlayaraq 3-cü yerə qalxıb. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 186 615 nəfər təşkil edir. Ötən gün ərzində xəstəlik səbəbindən daha 107 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 2 116-ya çatıb. Ümumilikdə 43 512 pasiyent isə sağalaraq evinə buraxılıb. Qeyd edək ki, dünya üzrə 4 269 200 insan koronavirusa yoluxub, 287 504 nəfər isə vəfat edib. |
XƏBƏR LENTİ
17-03-2023, 16:20
17-03-2023, 16:15
17-03-2023, 16:07
17-03-2023, 12:25
17-03-2023, 12:16
17-03-2023, 12:02
17-03-2023, 11:36
17-03-2023, 08:26
17-03-2023, 08:14