Seninem.Az > Dünya / Manşet Yuxarı > Rusiya yoluxma sayına görə 3-cü yerə qalxdı

Rusiya yoluxma sayına görə 3-cü yerə qalxdı


Tarix: 12-05-2020, 16:21. Müəllif: admin
Rusiyada son sutka ərzində daha 10 899 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 232 243-ə çatıb.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bununla Rusiya koronavirusa yoluxma sayına görə dünya sıralamasında Böyük Britaniyanı qabaqlayaraq 3-cü yerə qalxıb. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 186 615 nəfər təşkil edir.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 107 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 2 116-ya çatıb. Ümumilikdə 43 512 pasiyent isə sağalaraq evinə buraxılıb.

Qeyd edək ki, dünya üzrə 4 269 200 insan koronavirusa yoluxub, 287 504 nəfər isə vəfat edib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt