Keniyada bina çökdü, ölənlər var
Keniyada altı mərtəbəli binanın çökməsindən iki gün sonra xilasetmə qrupları iki nəfəri dağıntılar altından çıxara bilib.
Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, hadisə dekarın 7-də səhər yerli vaxtla 9:00 ətrafında, Nayrobinin Embakasi bölgəsində olub. Çökmə binadakı konstruksiya qüsurları səbəbindən baş verib. Hadisə yerində xilasetmə işləri davam edir. Ümumilikdə əməliyyat başlayandan bəri 35 nəfər xilas edilib. Ölənlərin sayı 7-ə çatdığı bilidirilir. Yerli Qırmızı Xaç Komitəsinə məlumatına görə, 11 nəfər itkin düşmüş hesab olunur. |
XƏBƏR LENTİ
Bu gün, 11:20
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15



































