"Kiyevin mövqeyi daim birmənalı olub: Qarabağ Azərbaycan torpağıdır"

Ukrayna Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyir.

Bu barədə “Leqal.info”ya Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bildirib.

O, bu yaxınlarda Ukrayna hökumətinin Azərbaycanın işğal olunmuş ərazilərinə gedən vətəndaşlarına Azərbaycan rəsmi qurumlarından icazə almaq tövsiyəsindən rəsmi Yerevanın narazılıq etməsini həyasızlıq olaraq dəyərləndirib: “Sanki Ermənistan rəhbərliyinin bəyanatları sülhün bərqərar olmasına, Qarabağ münaqişəsinin həllinə yönəlib. Elə bir şey yoxdur. Əksinə, Ermənistan baş naziri Nikol Paşinyanın təhrikçi açıqlamaları müharibə təhlükəsini daha da artırır. Məsələ də ondadır ki, Ermənistan tərəfi şərləməyə hazır olan “xain dost” kimi qarşımıza çıxır”.

“Eləcə də Qarabağın Azərbaycanın bütün dünya tərəfindən tanınan ayrılmaz parçası olduğundan da heç kəsin şübhəsi olmayıb və yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev də tam haqlı olaraq Qarabağ Azərbaycandır, nida deyə bəyanat verib”, - deyə diaspor rəhbəri fikrini bildirib.

Ukrayna Analitik Mərkəzinin direktoru, hüquq elmləri doktoru Aleksandr Oxrımenko da Dağlıq Qarabağ münaqişəsinin Ukraynanın şərq regionundakı münaqişə ilə oxşarlığına diqqət çəkib: “Ukraynanın mövqeyi daim birmənalı olub: Qarabağ Azərbaycan torpağıdır. İyirmi il bundan əvvəl baş verənlər adicə işğal əməlidir, nəticədə münaqişə başlayıb, problem çox uzun müddətdir həll olunmamış qalıb”.

“Ermənistan işğal etdiyi torpaqları boşaldaraq Azərbaycanla məsələni yoluna qoysa, Ukrayna XİN vətəndaşlarının həmin regiona gedib-gəlmələrinə etiraz etməyəcək. Amma hələlik Dağlıq Qarabağ statusu bəlli olmayan hərbi münaqişə bölgəsi olduğuna görə oraya getmək məsləhət deyil”, - deyə ukraynalı politoloq vurğulayıb.скачать dle 10.6фильмы бесплатно
7-10-2019, 17:02
Baxıs: 53 954
Reyting: