Portuqaliyada parlament seçkiləri keçirilir

Portuqaliyada parlament seçkiləri keçirilir.

"Leqal.info" xarici mətbuata istinadən xəbər verir ki, ölkə seçiciləri respublikanın birpalatalı parlamentinə 230 deputatı seçirlər.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb və 19:00-a qədər işləyəcək. Səsvermənin ilkin nəticələri bir neçə saat sonra elan ediləcək.

Son ictimai rəy sorğuları baş nazir Antoniu Koştanın rəhbəri olduğu Sosialist Partiyasının qələbə qazanacağını göstərir. Səsvermələrin gedişi ilə bağlı hər hansı xoşagəlməz hadisə qeydə alınmayıb.

***02:16

Oktyabrın 6-da Portuqaliyada növbəti parlament seçkiləri keçiriləcək.

“Report” “TASS”a istinadən xəbər verir ki, ölkə vətəndaşları təkpalatalı olan parlamentə dörd il müddətinə 230 deputat seçəcək.

Seçki məntəqələri yerli vaxtla 08:00-da açılacaq və 19:00-a qədər fəaliyyət göstərəcək. Səsvermənin ilkin nəticələri gecə açıqlanacaq.скачать dle 10.6фильмы бесплатно
6-10-2019, 18:36
Baxıs: 52 595
Reyting: