Metronun “Əhmədli” stansiyasında sərnişinlərlə polis arasında insident: Saxlanılanlar var

Metronun “Əhmədli” stansiyasında sərnişinlərlə polis arasında insident: Saxlanılanlar var

Bakı metrosunun “Əhmədli” stansiyasında polislə sərnişinlər arasında insident yaşanıb.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Sərnişinlər tərəfindən qeydə alınan kadrlarda bir neçə şəxsin polis tərəfindən saxlanıldığı görünür.

Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyindən bildirilib ki, insident iyulun 5-də metronun “Əhmədli” stansiyasında qeydə alınıb. Belə ki, polis əməkdaşları təhlükəsizlik qaydalarına uyğun olaraq, iki qadın sərnişindən əl çantalarını xüsusi yoxlama aparatına yerləşdirməyi tələb ediblər. Onlar isə polisin qanuni tələbinə tabe olmaq istəməyərək, qışqırmaqla ictimai asayişi pozmağa cəhd ediblər.

“Daha sonra hadisə yerinə qadınların qohumları yaxınlaşaraq, polisə müqavimət göstərməyə çalışıblar. İctimai qaydanı pozan və polisin qanuni tələbinə tabe olmayan şəxslər saxlanılıblar. Onlar barəsində inzibati protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilib”, – deyə nazirliyin məlumatında vurğulanıb.скачать dle 10.6фильмы бесплатно
6-07-2023, 13:53
Baxıs: 67
Reyting: