Gürcüstan şərabçılığı Ginnesin "Rekordlar" kitabına salındı

Gürcüstan şərabçılığı dünyada ən qədimliyinə görə Ginnesin "Rekordlar" kitabına düşüb.

Leqal.info Oxu.Az-aistinadən xəbər verir ki, bununla bağlı tə şkilatın saytında bildirilir.

Rekord bir qrup alimin paytaxt Tbilisidən 50 kilometr məsafədəki iki qədim qəsəbədə arxeoloji qazıntılarından sonra kitaba salınıb. Qazıntı zamanı aşkarlanan tapıntıların bizim eradan əvvəl 6000-5800 illərə aid olduğu təxmin edilir.

Tədqiqatların gedişində içində maye olmuş iki qədim qab aşkar edilib. Kimyəvi analiz göstərib ki, qablar qıcqırma prosesi, şərabın saxlanılması və s. məqsədlər üçün istifadə olunub.

Buna qədər hesab edilirdi ki, şərabçılığın ən qədim ənənələri İrana aiddir. Bu ölkədə içki bizim eradan əvvəl 5400-5000 illərdə hazırlanıb.
Gürcüstan şərabçılığı Ginnesin "Rekordlar" kitabına salındı скачать dle 10.6фильмы бесплатно
3-12-2017, 12:41
Baxıs: 531
Reyting: