“Polis,Prokuror və Məhkəmə... Siz bu dövlətdən ali orqansınız?”- İş adamı Nicat Mustafayev

“Polis,Prokuror və Məhkəmə... Siz bu dövlətdən ali orqansınız?”- İş adamı Nicat Mustafayev


Redaksiyamıza Goranboy rayonundan Hacıyev Teymur Xanlar oğlu tərəfindən şikayət daxil olub.

Vətəndaş tərəfindən “Arazxeber.az”a daxil olmuş şikayət ərizəsini və qarşı tərəfin mövqeyini Sizlərə olduğu kimi təqdim edirik:
“Bildirirəm ki, sonradan adı və yaşayış yeri mənə məlum olan Goranboy rayon sakini Mustafayev Nicat Xaliq oğlu 2022-ci ilin təqribən fevral mart aylarında işlədiyim “Qranit –Beton” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək Goranboy rayon ərazisində klinika tikdirəcəyini və bunun üçün ona beton lazım olduğunu, betonun qiyməti və ödəniş qaydaları ilə razılıq əldə olunacağı halda tikinti işlərinin aparılması üçün beton alacağını bildirmiş, onunla veriləcək betonun qiyməti və aldığı betonun pulunu isə hər ayın iyirmisində ödəyəcəyi barədə razılaşdıq. Bundan sonra tikinti işləri ilə əlaqədar Mustafayev Nicat Xaliq oğlunun sifarişi əsasında beton verilmiş və danışdığımız kimi betonun ödənişləridə ilk aylarda vaxtı vaxtında edilmişdir. Yəni, bir müddət onunla bu qaydada işlədikdən sonra məndə ona qarşı inam yarandı. Qarşı tərəf, ona qarşı inam yarandığını hiss etdikdən sonra verdiyi sfarişlər üzrə betonun pulunu bir neçə ay gecikdirmələrlə ödəməyə başladı və sonrakı aylarda verilmiş betonun pulunu isə soruşduqda, hazırda maddi sxıntılarının olduğunu və yaxın zamanda yığılmış borcunu tam şəkildə ödəyəcəyini bildirərək sfarişlər üzrə betonun verilməsini xahiş etmişdir.
Mustafayev Nicat Xaliq oğlunun atası Goranboy rayonunda tanınmış imkanlı sahibkar olduğunu, Goranboy şəhərində böyük bir klinika inşa etdiklərini və ilk aylarda aldığı betonun ödənişlərini vaxtı-vaxtında etdiyini nəzərə alaraq məndə onlara qarşı böyük inam yaranmışdır. Mustafayev Nicat Xaliq oğlu isə etibardan sui-istifadə etmə yolu ilə məni aldadaraq sfarişi əsasında verilmiş betonun pullarının yerdə qalan hissəsini ödəməkdən qərəzli olaraq imtina edir. Bununla da açıq aydın görünür ki, Mustafayev Nicat Xaliq oğlunun bütün hərəkətləri aldatma və inamdan sui-istifadə etməklə mənim əmlakımın (pul və digər əşyalar) ələ keçirilməsinə yönəlmişdir və niyətinə də nail olubdur!
Eyni zamanda işin faktiki hallarından da görünür ki, mən əmlakımı aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində özüm könüllü olaraq Nicat Mustafayevə vermişəm.
“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarına (Plenumun Qərarına) əsasən, etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ k
Keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər.
Digər üsul olan aldatma – özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi (belə məlumatlar kimi, hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər), yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsidir.
Bununla əlaqədar olaraq Goranboy rayon Polis şöbəsinə və Göranboy rayon Prokurorluğuna ərizə ilə müraciət edərək pozulmuş hüquqalarımın bərpa olunmasını xahiş etmişəm. Lakin müraciət etdiyim tarixdən uzun müddət keçməsinə baxmayaraq Goranboy rayonunda fəaliyyət göstərən hüquq mühafizə orqanları tərəfindən mənim pozulmuş hüquqlarımı bərpa etməmiş, bir sahibkar kimi mənə dəymiş ziyanın ödənilməsini təmin etməmişdirlər.
Bununlada hesab edirəm ki, Goranboy rayonunda sahibkar kimi tanınan Nicat Mustafayevin atası öz nüfuzundan istifadə edərək Goranboy rayon Polis Şöbəsinə və Goranboy rayon Prokurorluğuna təsirlər etmiş və bunun görə də müraciətimə hal-hazıradək heç bir hüquqi qiymət vetilməmiş və pozulmuş hüquqlarım hal-hazıradək bərpa olmamışdır.
Təməli Ulu Öndərimiz tərəfindən qoyulan və cənab Prezidentimiz tərəfindən uğurla həyata keçirilən hüquq islahatları öz gözəl nəticələrini verməkdədir. Lakin bəzi hallarda cənab Prezidentin apardığı məqsədyönlü islahatlara bəzi dövlət orqanlarının özbaşınalığı kölgə salmaqdadır.
Mən bu müraciəti Goranboy Rayon Polis Şöbəsinin və Goranboy rayon Prokurorluğunun əməkdaşlarının özbaşınalığı, məsuliyyətsizliyi, qanunsuz olaraq mənim hüquqlarımı heçə sayaraq görməzdən gəlmələrinə görə yazıram.
Mən əminəm ki, Cənab Prezidentimizin rəhbərlik etdiyi ölkəmizdə heç bir cinayətkar cəzasız qalmayacaq, heç bir gunahsıza cəza verilməyəcək və heç bir dövlət orqanının özbaşınalığına, qanunsuz əməllərinə göz yumulmayacaq. Cənab Prezidentimiz özü dəfələrlə çıxışlarınızda dövlət orqanlarına göstəriş vermişidir ki, vətəndaşların işlərinə dərhal və qanun çərçivəsində baxılmalıdır. Ancaq görünür ki, Goranboy Rayon Polis Şöbəsinin və Goranboy rayon Prokurorluğunun əməkdaşları cənab Prezidentimizin göstərişlərini deyil öz məqsədlərinə uyğun hərəkət edirlər.
Müraciətimə baxıb, mənə kömək edilməsini və aidiyyəti orqanlara göstəriş verməyinizi Sizdən xahiş edirəm.
Göstərəcəyiniz diqqət və qayğıya görə Sizə əvvəlcədən dərin minnətdarlığımı bildirirəm.”

Məsələylə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışdıq.

Mustafayev Nicat Xaliq oğlu haqqında deyilənləri inkar etdi və redaksiyamıza kəskin mövqeyini bildirdi:

“O, kimdir elə? Nə işə baxır. O, deyəsən polislə, prokurorluqla Sizi səhv salıb o? Yəni, iş prokurorluqda, iş polisdədirsə, redaksiya nədir?Mən başa düşmürəm. O, özünü yandırmaq istəyir? O, dəli olub? Şifahi razılaşma nədir? Adam-adama şifahi də pul verər?
Dəli təhqir deyil. Ona yazığım gəlir, prosta mənim. O, qanunları bilmir. O, boyda Beton-Zavodun yiyəsidir. Rəsmi olmalıdır. Rəsmi köçürülmə olmalıdır. Rəsmi müqavilə olmalıdır. Vergi verməlidir. O nə deyir,o ? Əgər iş prokurorluqdadırsa, ondan ali orqan yoxdur. Prokurorluq baxacaq, bu dövlətin prokuroru var, polisi var. Onlar qərar verəcək.
Siz də nə istəyirsiniz edin, yaxşı edirsiniz. Vətəndaş deyilik. O, vətəndaş deyil, məndə müəllim deyiləm. O da sahibkardır, məndə sahibkaram. Onun hüquqları var, mənim də hüquqlarım var. Hər ikimizində hüquqlarımızı dövlətimizin ali orqanları qoruyur. Kimində günahı var, cəzası çəkiləcək. Məhkəmədə boynuna pul qoyulacaqdır. Bu araşdırma gedir, başqa da heç nə!
Mən deyirəm ki, bu dövlətin ali orqanları var. Məhkəmə, Prokurorluq və Polis. Onun da sahibkar kimi, mənim də sahibkar kimi hüquqlarımı qoruyur. O, işə onlar baxacaq və düzgün qərarıda verəcəkdir. Fso!
Mən Sizə cavab verməyə borcluyam? Sualınıza cavab verməyə mən borclu deyiləm! Mənim işim çoxdur, Siz Allah sonra...
Prokurorluq var, məhkəmə var, polis var. Siz nə istəyirsiniz məndən? Siz qarşı tərəfsiniz? Fikir bildirəsiniz, başa salında məni... Siz bu dövlətdən ali orqanısınız?

Sonda, media olaraq vətəndaşın şikayətində qeyd etdiyi iddialarla bağlı aidiyyatı üzrə qurumlara Sorğu göndərəcəyik. Daha ətraflı bildirilmiş rəsmi mövqedən sonra Sizlərə məlumat verəcəyik.

Məsələni diqqət mərkəzində saxlayacağıq!

ARAZXEBER.AZскачать dle 10.6фильмы бесплатно
2-07-2023, 17:21
Baxıs: 126
Reyting: