XİN: Ermənistan vasitəsilə 110 Hindistan vətəndaşı təxliyə edilib - YENİLƏNİB
İrandan Ermənistan vasitəsilə 110 Hindistan vətəndaşı, o cümlədən tələbələr təxliyə edilib.
![]() “Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. Hindistan vətəndaşlarının təxliyəsi İran və İsrail arasındakı gərginlik fonunda həyata keçirilir. 12:54 Ermənistan və Hindistanın xarici işlər nazirləri Ararat Mirzoyan və Subramanyam Cayşankar hindistanlı tələbələrin təxliyəsi məsələsini müzakirə ediblər. “Report” xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan “X” sosial şəbəkəsində yazıb. "Ermənistan və Hindistanın xarici işlər nazirləri hindistanlı tələbələrin İrandan Ermənistan ərazisi ilə təxliyəsi imkanını müzakirə ediblər. Ermənistan müvafiq yardım göstərib", - o bildirib. “Hindustan Times” qəzeti Hindistan XİN-ə istinadən xəbər verib ki, Tehranda olan hindistanlı tələbələr şəhərdən çıxarılıb. |
XƏBƏR LENTİ
Bu gün, 08:16
Bu gün, 08:13
Bu gün, 08:09
Bu gün, 08:00
Bu gün, 08:00








