Seninem.Az > Aktual / Dünya > XİN: Ermənistan vasitəsilə 110 Hindistan vətəndaşı təxliyə edilib - YENİLƏNİB
XİN: Ermənistan vasitəsilə 110 Hindistan vətəndaşı təxliyə edilib - YENİLƏNİBTarix: 20-06-2025, 14:09. Müəllif: admin2 |
İrandan Ermənistan vasitəsilə 110 Hindistan vətəndaşı, o cümlədən tələbələr təxliyə edilib.![]() “Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. Hindistan vətəndaşlarının təxliyəsi İran və İsrail arasındakı gərginlik fonunda həyata keçirilir. 12:54 Ermənistan və Hindistanın xarici işlər nazirləri Ararat Mirzoyan və Subramanyam Cayşankar hindistanlı tələbələrin təxliyəsi məsələsini müzakirə ediblər. “Report” xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan “X” sosial şəbəkəsində yazıb. "Ermənistan və Hindistanın xarici işlər nazirləri hindistanlı tələbələrin İrandan Ermənistan ərazisi ilə təxliyəsi imkanını müzakirə ediblər. Ermənistan müvafiq yardım göstərib", - o bildirib. “Hindustan Times” qəzeti Hindistan XİN-ə istinadən xəbər verib ki, Tehranda olan hindistanlı tələbələr şəhərdən çıxarılıb. Geri Qayıt |