Gülağa TƏNHA: Sənin yolun

Gülağa TƏNHA: Sənin yolun
Gülağa TƏNHA: Sənin yolun
Ömrünü Azərbaycan dövlətçiliyi naminə yaşayan
Anar Ələkbərova böyük ehtiramla .



"13 aprel mənim üçün əziz bir gündür ! Çünki 13 apreldə Ulu öndər Heydər Əliyev naminə qara saçları ağarmış Anar müəllimin ad günüdür! Təbriklər, uğurlar!" Gülağa TƏNHA


Sən Fondun icraçı rəhbəri kimi
Çatdırdın dünyaya xalqın səsini.
Azərbaycan adlı dünyamız üçün
Dövlətə sevginin qətiyyətini.



Sədaqət işıqdı – dövlətçiliyin
Bir əsgəri oldun sədaqətinlə.
İnam işığını yaşada bildin
Sən də Vətən boyda məhəbbətinlə!



Heydər amalının təntənəsini
Fondumuz yaşadır tarixlər üçün.
Tarixi tarixtək tanıya bildi
Anarın səsiylə dünya büsbütün!



Elə bir yoldasan, Mehriban xanım
Ali Baş Komandan yoludur bu yol !
Bu gündən sabahı işıqlandırır,
Elə ona görə Uludur bu yol !...


Bakı,
10.04.2025.

VİDEO: https://www.tiktok.com/@gulaqatenha_allah_adami/video/7492049368002956551?lang=ru
скачать dle 10.6фильмы бесплатно
15-04-2025, 07:53
Baxıs: 383
Reyting: