BU HALDA F-16 ALA BİLƏRİK

ABŞ-dan birbaşa F-16 qırıcıları almağımız mümkün deyil. Həmçinin bu qırıcıların üçüncü ölkələrə satışı da yalnız ABŞ-ın icazəsi ilə mümkündür. Bu səbəbdən nə İsrail, nə də Türkiyə, istəsələr belə, ABŞ-ın razılığını almadan, bu qırıcıları Azərbaycana verə bilməzlər.

Bu barədə axar.az-a hərbi ekspert Elxan Şıxəliyev Azərbaycanın F-16 döyüş təyyarələri əldə etməsinin mümkünlüyü haqqında danışarkən deyib.

Ekspert bildirib ki, Azərbaycanın digər alternativləri var:

"Pakistan istehsalı "JF Tunder -17" təyyarələri bu gün bizim üçün daha əlçatandır. Çünki Pakistanla əlaqələrimiz qardaşlıq səviyyəsindədir, hərbi tərəfdaşlığımız var və İslamabad bu qırıcıların Azərbaycana satılmasına razıdır. O yöndə müzakirələr də gedib. JF-17-lər taktiki-texniki xüsusiyyətlərinə görə ehtiyaclarımızı ödəyə bilən döyüş təyyarələrindəndir".скачать dle 10.6фильмы бесплатно
20-08-2024, 10:10
Baxıs: 645
Reyting: