Seninem.Az > Aktual > BU HALDA F-16 ALA BİLƏRİK
BU HALDA F-16 ALA BİLƏRİKTarix: 13-05-2025, 16:44. Müəllif: admin2 |
|
ABŞ-dan birbaşa F-16 qırıcıları almağımız mümkün deyil. Həmçinin bu qırıcıların üçüncü ölkələrə satışı da yalnız ABŞ-ın icazəsi ilə mümkündür. Bu səbəbdən nə İsrail, nə də Türkiyə, istəsələr belə, ABŞ-ın razılığını almadan, bu qırıcıları Azərbaycana verə bilməzlər. Bu barədə axar.az-a hərbi ekspert Elxan Şıxəliyev Azərbaycanın F-16 döyüş təyyarələri əldə etməsinin mümkünlüyü haqqında danışarkən deyib. Ekspert bildirib ki, Azərbaycanın digər alternativləri var: "Pakistan istehsalı "JF Tunder -17" təyyarələri bu gün bizim üçün daha əlçatandır. Çünki Pakistanla əlaqələrimiz qardaşlıq səviyyəsindədir, hərbi tərəfdaşlığımız var və İslamabad bu qırıcıların Azərbaycana satılmasına razıdır. O yöndə müzakirələr də gedib. JF-17-lər taktiki-texniki xüsusiyyətlərinə görə ehtiyaclarımızı ödəyə bilən döyüş təyyarələrindəndir". Geri Qayıt |