“AzInTelecom” məhkəməyə niyə verilib? - YENİLƏNDİ

“AzInTelecom” MMC "Azər-Türk Bank" tərəfindən məhkəməyə verilməsinə münasibət bildirib.



Pravda.az-a daxil olan məlumatda bildirilib ki, “Azər-Türk Bank” ASC-nin məhkəmə iddiası ləğv edilmiş Məlumat Hesablama Mərkəzi (MHM) ilə bank arasında 2020-ci ildə imzalanmış müqavilə üzrədir.



2021-ci ildə ləğv edilmiş Məlumat Hesablama Mərkəzinin hüquqi varisi “AzInTelecom” MMC-dir.



Məsələyə hüquqi müstəvidə baxılır.



***

08:18



Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azerbaijan İnternational Telecom (AzInTelekom)” MMC məhkəməyə verilib.



Pravda.az-ın xəbərinə görə, MMC ilə bağlı Bakı Kommeriya Məhkəməsinə müraciəti "Azər-Türk Bank" ASC edib.



Mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr olan iş hakim Kənan Hüseynovun icraatındadır.



Qeyd: MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizovdur.скачать dle 10.6фильмы бесплатно
10-06-2024, 18:45
Baxıs: 184
Reyting: