Seninem.Az > Aktual > “AzInTelecom” məhkəməyə niyə verilib? - YENİLƏNDİ
“AzInTelecom” məhkəməyə niyə verilib? - YENİLƏNDİTarix: 10-06-2024, 18:45. Müəllif: admin2 |
|
“AzInTelecom” MMC "Azər-Türk Bank" tərəfindən məhkəməyə verilməsinə münasibət bildirib. Pravda.az-a daxil olan məlumatda bildirilib ki, “Azər-Türk Bank” ASC-nin məhkəmə iddiası ləğv edilmiş Məlumat Hesablama Mərkəzi (MHM) ilə bank arasında 2020-ci ildə imzalanmış müqavilə üzrədir. 2021-ci ildə ləğv edilmiş Məlumat Hesablama Mərkəzinin hüquqi varisi “AzInTelecom” MMC-dir. Məsələyə hüquqi müstəvidə baxılır. *** 08:18 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azerbaijan İnternational Telecom (AzInTelekom)” MMC məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, MMC ilə bağlı Bakı Kommeriya Məhkəməsinə müraciəti "Azər-Türk Bank" ASC edib. Mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr olan iş hakim Kənan Hüseynovun icraatındadır. Qeyd: MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizovdur. Geri Qayıt |