Paşinyan ABŞ kəşfiyyat idarəsinin direktor müavini ilə görüşüb
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Devid Koeni qəbul edib.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə N.Paşinyan teleqram kanalında məlumat yayıb. “ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Devid Koenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdim”, - o qeyd edib. Ermənistan hökumətinin mətbuat xidməti isə məlumat verib ki, görüşdə Ermənistan-ABŞ gündəminə daxil olan məsələlər və beynəlxalq problemlər müzakirə olunub. |
XƏBƏR LENTİ
Bu gün, 13:07
Bu gün, 10:47
Bu gün, 10:40
Bu gün, 10:31






