Seninem.Az > Aktual / Gündəm / İqtisadiyyat > Paşinyan ABŞ kəşfiyyat idarəsinin direktor müavini ilə görüşüb
Paşinyan ABŞ kəşfiyyat idarəsinin direktor müavini ilə görüşübTarix: 22-05-2024, 09:10. Müəllif: admin2 |
|
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Devid Koeni qəbul edib. “Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə N.Paşinyan teleqram kanalında məlumat yayıb. “ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Devid Koenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdim”, - o qeyd edib. Ermənistan hökumətinin mətbuat xidməti isə məlumat verib ki, görüşdə Ermənistan-ABŞ gündəminə daxil olan məsələlər və beynəlxalq problemlər müzakirə olunub. Geri Qayıt |