MN: "Azərbaycan Ordusunun əsgərinin Xocavənddə minaya düşməsi yalandır"
Müdafiə Nazirliyi Xocavənd rayonunda Azərbaycan Ordusunun əsgərinin guya piyada əleyhinə minaya düşməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.
Nazirlikdən Leqal.info-ya verilən məlumata görə, sentyabrın 21-də Xocavənd rayonu istiqamətində hər hansı partlayış baş verməyib. "Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə ümumiyyətlə yayılan məlumatda qeyd olunduğu kimi Nəbiyev Samir Sahib oğlu adlı hərbi qulluqçu yoxdur. Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq", - Müdafiə Nazirliyindən bildirilib. |
XƏBƏR LENTİ
Bu gün, 16:36
Bu gün, 14:39
Bu gün, 13:15






