Seninem.Az > Aktual / Manşet Yuxarı > MN: "Azərbaycan Ordusunun əsgərinin Xocavənddə minaya düşməsi yalandır"
MN: "Azərbaycan Ordusunun əsgərinin Xocavənddə minaya düşməsi yalandır"Tarix: 21-09-2021, 17:00. Müəllif: admin |
Müdafiə Nazirliyi Xocavənd rayonunda Azərbaycan Ordusunun əsgərinin guya piyada əleyhinə minaya düşməsi ilə bağlı yayılan məlumata münasibət bildirib. Nazirlikdən Leqal.info-ya verilən məlumata görə, sentyabrın 21-də Xocavənd rayonu istiqamətində hər hansı partlayış baş verməyib. "Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə ümumiyyətlə yayılan məlumatda qeyd olunduğu kimi Nəbiyev Samir Sahib oğlu adlı hərbi qulluqçu yoxdur. Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq", - Müdafiə Nazirliyindən bildirilib. Geri Qayıt |