Azərbaycanın QHT rəhbərləri Ağdamdadır
Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri işğaldan azad edilən Ağdam şəhərində səfərdədirlər.
“Report”un Qarabağ bürosunun səfərdə iştirak edən əməkdaşı xəbər verir ki, onları QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev və Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun böyük məsləhətçisi, Agentliyin sədr müavini Vüsal Quliyev müşayiət edirlər. Nümayəndə heyəti Ağdamda ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşiliklə dağıdılmış maddi-mədəni abidələr, inzibati və yaşayış binaları ilə yaxından tanış olacaqlar. |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57