Azərbaycanda fəaliyyət göstərən QHT rəhbərlərinin Ağdama səfəri başlayıb
Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) rəhbərlərinin işğaldan azad edilən Ağdam şəhərinə səfəri başlayıb.
Bu barədə “Report”a səfərdə iştirak edən QHT sədrlərindən biri olan Niyaməddin Orduxanlı məlumat verib. Onları QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev və Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun böyük məsləhətçisi, Agentliyin sədr müavini Vüsal Quliyev müşayiət edirlər. Nümayəndə heyəti Ağdamda 30 ilə yaxın müddət ərzində ermənilər tərəfindən törədilmiş vəhşilik və dağıntılarla tanış olacaqlar. |
XƏBƏR LENTİ
Bu gün, 19:08
Bu gün, 19:02
Bu gün, 17:46
Bu gün, 17:06
Bu gün, 13:39
Bu gün, 13:30
Bu gün, 13:28
Bu gün, 11:16



































