Azərbaycanda “COVID-19”dan gündəlik ölüm sayı niyə bu qədər çoxdur?

Məlum olduğu kimi, son həftələr Azərbaycanda koronavirus infeksiyasına yoluxma statistikasında kəskin artım müşahidə olunur. Ən narahatedici məqam isə ölüm sayı ilə əlaqədardır. Belə ki, ötən il yoluxma statistikasında pikk həddin- 4000-4500 günlük yoluxmanın olduğu dönəmdə ölüm sayı 30-40 arası idi.

Leqal.info xəbər verir ki, hazırda 2000-2500 yoluxma sayında 33-36 ölüm halı qeydə alınır. Yəni, yoluxanların təxminən 1,5-1,6 faizi vəfat edir.

Müqayisə üçün deyək ki, yoluxmanın dəfələrlə yüksək olduğu qonşu Türkiyədə bu faiz nisbəti çox aşağıdır. Məsələn, qardaş ölkədə son statistikaya görə, 50 min 678 yoluxma sayında 237 ölüm halı qeydə alınıb ki, bu da faiz nisbəti ilə təxminən 0,5 edir. Qonşu Gürcüstanda ötən gün 707 yoluxma sayına nəzərən 8 ölüm faktı qeydə alınıb. Bu da yoluxanların təxminən 1,1 faizinin həyatını itirməsi deməkdir.

Bəs Azərbaycanda ölüm sayının bu qədər çox olması nə ilə əlaqədardır?

Türkiyədə çalışan həkim Turanə Rəsulova hesab edir ki, ölkədə xəstəliyi simptomsuz keçirən xeyli sayda insan var. O baxımdan, əslində ölüm faizi yüksək deyil, yoluxma sayı çoxdur:

“Azərbaycanda gündəlik yoluxmanın 2000-2500, aktiv xəstə sayının isə 25-30 000 olduğu bildirilir. Bundan 8-10 dəfə çox xəstəliyi simptomsuz keçirənlərin olduğunu nəzərə alsaq, hazırda ən az 250-300 000 koronavirusu daşıyıb, ictimai nəqliyyatda, iş yerlərində, getdiyi yerlərdə başqalarını yoluxdura bilən insanlar var. Ümumi say nisbətini götürəndə ölüm faizi yüksək deyil, yoluxma sayı çoxdur”.

Həkim həmçinin əlavə edib ki, qapanmalara gedilməsə, bu say daha da arta, xəstələnmə və ölüm saylarında şiddətli artışa, səhiyyə sisteminin yüklənməsinə gətirib çıxara bilər.

Məlumat üçün bildirək ki, hazırda bəzi ölkələrdə, o cümlədən, Rusiyada ölüm faizi çox yüksəkdir. Məsələn, ötən gün qeydə alınan statistikaya nəzər salsaq görərik ki, günlük yoluxma 8576, ölüm sayı isə 333 olub. Bu da qonşu ölkədə yoluxanların təxminən 3,9 fazinin vəfat etdiyini göstərir. Ermənistanda da ölənlərin sayı yüksək həddə - 3,5 faizə qədər gedib çıxır.скачать dle 10.6фильмы бесплатно
12-04-2021, 18:39
Baxıs: 21 649
Reyting: