Məcburi köçkünlər arasında qayıdış sorğusu başladı

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı” nəzdindəki İdarələrarası Mərkəzin “Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupu” yerli və xarici mütəxəssisləri cəlb etməklə sistemli araşdırmalar aparır. Həmin araşdırmalardan biri də ADA Universitetində aparılan “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması” adlı tədqiqat işidir.

Leqal.info xəbər verir ki, bu tədqiqat çərçivəsində bir neçə sosioloji sorğu keçiriləcək. Onların birincisi – internet üzərindən keçirilən onlayn-sorğudur. Sorğu iştirakçılarının şəxsi məlumatlarının və verdikləri cavabların konfidensiallığına tam zəmanət verilir.

Sorğu bu gündən (fevral ayının 22-dən) etibarən açıqdır, yəni artıq sorğu suallarını cavablandırmaq mümkündür. Sorğu anketinin doldurulması cəmi 5-6 dəqiqə vaxt aparır. Sorğuda iştirak etmək üçün məcburi köçkünlərin httpss://sorgu.ada.edu.az ünvanına daxil olmaları kifayətdir.

Tədqiqat Qrupu məcburi köçkünləri bu sorğuda fəal iştirak etməyə, suallara səmimi cavab verməyə çağırıb. Bu sorğu da buna bənzər digər araşdırmalar da Qarabağa qayıdacaq həmvətənlərimizin rəy və təkliflərini nəzərə almaq üçündür.скачать dle 10.6фильмы бесплатно
22-02-2021, 17:00
Baxıs: 21 220
Reyting: