50 ton Azərbaycan pomidoru Rusiyaya buraxılmadı

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətin Dağıstan üzrə İdarəsi Azərbaycandan gətirilən 50 tondan çox pomidorun Rusiyaya idxal olunmasına icazə verməyib.

Leqal.info xəbər verir ki, “Rosselxoznadzor”un Dağıstan üzrə İdarəsinin müfəttişləri 1-18 fevral tarixlərində Azərbaycandan ümumi çəkisi 50,4 ton olan 3 ədəd təzə pomidor partiyasının girişinə qadağa qoyublar.

Qadağaya səbəb tərəvəzlərdə təhlükəli karantin obyekti hesab olunan Cənubi Amerika pomidor güvəsinin (“Tuta absoluta Povolny”) aşkar edilməsi olub. Pomidor partiyalarının saxlanılmasına əsaslandırma kimi laboratoriya nəticələri göstərilib. Mallar yenidən Azərbaycana qaytarılıb.скачать dle 10.6фильмы бесплатно
18-02-2021, 14:34
Baxıs: 37 956
Reyting: