"Azərbaycandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi 60 faiz artıb"

"Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi artır". APA-nın Stavropola ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu VIII Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin bildirib.

"İki ölkə arasında əlaqələr inkişaf edir. Bu, hər iki tərəfə sərfəlidir. Bu gün keçirilən forumda vacib sənədlər imzalandı. Bu, yeni investisya layihələridir. Bu onu göstərir ki, iki ölkə arasında qarşılıqlı investisiya layihələri inkişaf edir",-deyə rusiyalı nazir qeyd edib.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev də jurnalistlərə açıqlamasında iki ölkə arasında ticarət dövriyyəsinin artdığını təsdiqləyib: "Ötən il 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 10 fazi artıb. Bu ilin ilk 8 ayında isə 7 faiz artıb. Bu artımda kənd təsərrüfatı məhsullarının rolu çox böyükdür. Belə ki, ticarət dövriyyəsinin artımına, əsasən, kənd təsərrüfatı mallarının ixracının artırılması sayəsində nail olmuşuq. Azərbaycandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi 60 faiz artıb. Bütün bunlar Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan sonra baş verib. İki ölkə rəhbərliyi arasında əldə olunan razılığa görə, Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı artırılıb. Kənd təsərrüfatı məhsullarının ixracının daha da artırılması potensialı mövcuddur".

Rusiyalı nazir bu gün Azərbaycanla yeni layihəyə imza atdıqlarını da vurğulayıb: "Biz təkcə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının idxalından danışmırıq. Bu gün Azərbaycandan olan tərəfdaşlarımızla birgə yeni layihə haqqında sənəd imzaladıq. Bu layihəyə görə, Azərbaycan Stavropol diyarında tərəvəz məhsulları yetişdirəcək. Bu məhsulun Azərbaycan və ya Rusiya məhsulu olacağını demək çətindir. Əsas odur ki, birgə layihə həyata keçirək və birgə layihələr dünya bazarına çıxsın. Birgə layihəmizin məhsulu üçüncü ölkəyə ixrac olunsa, bundan həm Azərbaycan, həm də Rusiya yararlanacaq".

Leqal.infoскачать dle 10.6фильмы бесплатно
28-09-2017, 23:55
Baxıs: 518
Reyting: