"Koroğlu" metrostansiyasında halı pisləşən sərnişin öldü
Qatardan düşərək "Koroğlu" metrostansiyasını tərk edən kişi sərnişin özünü pis etdiyindən yuxarı vestibüldə əməkdaşa yaxınlaşıb.
Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib. Dərhal təcili tibbi yardım xidməti çağırılıb. Zahiri görkəminə görə 45-50 yaşı olduğu təxmin edilən sərnişin az sonra dünyasını dəyişib. Stansiyaya gəlmiş tibbi yardım personalı ölüm faktını təsdiq edib. |
XƏBƏR LENTİ
Bu gün, 13:39
Bu gün, 13:30
Bu gün, 13:28
Bu gün, 11:16
Dünən, 12:05
Dünən, 12:05



































