Aparıcı efirdə Ayseli qucağına aldı

Aparıcı Sərxan Kərəmoğlu “Evimin qonaqları” verilişinə bu dəfə müğənni Aysel Əlizadəni dəvət edib.

Axşam.az-ın məlumatına görə, aparıcı ona hədiyyə gətirən sənətçiyə gözlənilməz hərəkət edib.

Belə ki, Sərxan efirdə Ayseli qucağına alıb və onu divana qədər qucağında aparıb.

"Mənə hədiyyə gətirənləri qucağımda gəzdirirəm. Qızıl gətirsələr başımda da gəzdirərəm" deyə, Kərəmoğlu bildirib.

Aparıcı daha sonra Ayselə "Nə vaxt ərə gedirsən? Bir kişi tapıb ərə get" sualını ünvanlayıb. Aysel isə ona belə cavab verib:

"Qismət nə vaxt olsa, onda".

Qeyd edək ki, S.Kərəmoğlunun verilişi "Lider"də yayımlanır.скачать dle 10.6фильмы бесплатно
19-04-2018, 21:51
Baxıs: 52 231
Reyting: