Fədayə Laçın: "Heç kimə ayrılıq qismət olmasın"

"Azadlıq elə bir hissdir ki, bunu sözlə ifadə edə bilmirəm".

Leqal.info "Report"a istinadən xəbər verir ki, bunu Bakı İstintaq Təcridxanasından azadlığa buraxılan müğənni Fədayə Laçın deyib.

O bildirib ki, azadlığa çıxdığı üçün çox həyəcanlıdır: "Şükürlər olsun Allahın bu gününə, çox gözəl hisslərdir".

F.Laçın qeyd edib ki, bundan sonra da sənətini davam etdirəcək: "İki ildir oxumuram, içəridə ürəyim partlayırdı". O, daha sonra jurnalistlər üçün "Şirin anlar" mahnısını ifa edib.

F.Laçın bütün dustaqlara azadlıq arzu edib: "Heç kimə ayrılıq qismət olmasın, Allah cəmi dustaqların qapısını açsın".

Müğənni onu sevənlərdən də üzr istəyib: "Bilmədən sevənlərimi çox üzdüm. Amma söz verirəm ki, bir daha nə ailəmi, nə də məni sevənləri üzməyəcəyəm. Onların hamısından üzr istəyirəm".

Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, bu gün azadlığa buraxılıb.скачать dle 10.6фильмы бесплатно
29-10-2019, 15:32
Baxıs: 42 634
Reyting: