Abituriyentlər üçün sayılı günlər: Ali məktəblərə ixtisas seçimi necə aparılmalıdır?

Abituriyentlər üçün sayılı günlər: Ali məktəblərə ixtisas seçimi necə aparılmalıdır?

Ali məktəblərə ixtisas seçiminə sayılı günlər qalıb. Bu məqamda abituriyentlər daha diqqətli olmalı, düzgün seçim etməli, yüz ölçüb - bir biçməlidirlər.

Seçiləcək ixtisaslar toplanan bala uyğun olmalıdır. Arzuolunan ixtisas üzrə ayrılan plan yerinə diqqət yetirmək də ən önəmli məqamlardan biridir.

Təhsil eksperti Sevinc Purkeştasib deyir ki, abituriyentlər seçdikləri ixtisasları 1-dən 15-ə kimi pilləli şəkildə qeyd etməlidirlər. Keçidi topladıqları baldan yüksək olan ixtisasları da yaza bilərlər. Ancaq bu məqam maksimum diqqətli yanaşma tələb edir.
Ekspertin sözlərinə görə, abituriyentlərin əmək bazarında çox yer ayrılmış ixtisasları seçmələri daha məqsədəuyğundur. Bu onların gələcəkdə işlə təmin olunması üçün önəmlidir. Seçilən universitet də gələcək üçün böyük əhəmiyyət kəsb edir.скачать dle 10.6фильмы бесплатно
17-07-2023, 09:02
Baxıs: 70
Reyting: