“II qrupda bütün abituriyentlərin qəbul şansı var” - Məleykə Abbaszadə

“II qrupda bütün abituriyentlərin qəbul şansı var” - Məleykə Abbaszadə

“II ixtisas qrupunda müsabiqəyə buraxılan hər bir şəxsin şansı var ki, ali məktəbə qəbul olunsun”.

Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında bildirib. 

DİM sədri qeyd edib ki, bu il ümumilikdə 99 min 500 abituriyent sənəd vermişdi ki, onların 50 min nəfəri ümumi şərtləri ödəyib: “Bu il dövlət sifarişli yerlərin sayı 746 yer artıb. Onların 673-ü birinci qrupa aiddir. I qrupa sənəd verənlərin sayı isə 5 mindən çoxdur”.скачать dle 10.6фильмы бесплатно
16-08-2022, 12:31
Baxıs: 347
Reyting: