BDU-nun 8 fakültəsinə dekan seçilib
Bakı Dövlət Universitetinin 8 fakültəsinə yeni dekan seçilib.
“Report”un sorğusuna cavab olaraq bildirilib ki, 8 fakültədə səlahiyyət müddəti bitmiş dekan vəzifələrinə seçkilər artıq yekunlaşıb. Seçkilərin nəticələrinə görə, Mamoy Mansurov Geologiya fakültəsinin, Ələmdar Bayramov Kitabxanaçılıq-informasiya fakültəsinin, Rövşən Cavadov Sosial elmlər və psixologiya fakültəsinin, Afət Məmmədova Biologiya fakültəsinin, Ziyatxan Əliyev Mexanika-riyaziyyat fakültəsinin, İbrahim Zeynalov Tarix fakültəsinin, Bəxtiyar Paşayev Fizika fakültəsinin, Elçin Məmmədov Filologiya fakültəsinin dekanı vəzifələrinə seçiliblər. |
XƏBƏR LENTİ
Dünən, 16:36
Dünən, 14:39
Dünən, 13:15






