Rusiyadan müsadirə olunan pullar Ukraynaya verildi-TƏFƏRRÜAT

ABŞ Ukraynaya yardım göstərmək üçün müsadirə edilmiş Rusiya vəsaitlərindən təxminən 500 min dolları Estoniyaya köçürüb.
Xəbər verilir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin məlumatında deyilib.
Müsadirə olunan vəsaitlərin “birbaşa köçürülməsi hələ mümkün olmadığından ilk dəfə olaraq xarici müttəfiq vasitəsilə Ukrayna hakimiyyətinə ötürüldüyü” qeyd edilir.
Bu vəsaitlər Amerika istehsalı olan hərbi texnikanı Rusiyaya qanunsuz yolla tədarük etməyi cəhd edən bir qrup şəxsin aşkarlanmasından sonra ABŞ tərəfindən müsadirə edilib.скачать dle 10.6фильмы бесплатно
20-02-2024, 09:19
Baxıs: 1 051
Reyting: