Seninem.Az > Sosial / Manşet Yuxarı > Vergi orqanlarında işləmək istəyən 108 nəfər növbəti mərhələyə keçib

Vergi orqanlarında işləmək istəyən 108 nəfər növbəti mərhələyə keçib


Tarix: 30-03-2019, 17:05. Müəllif: admin
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Vergilər Nazirliyi ilə birgə vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən Leqal.info-ya verilən məlumata görə, imtahan bütün binalarda saat 11:00-da başlayıb və 3 saat ərzində aparılıb.

İmtahanın nəticələri saat 16:49-dan etibarən DİM-in internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmək üçün 1544 namizəd qeydiyyatdan keçib. Onlardan 216 namizəd imtahana gəlməyib. 1 nəfər imtahandan xaric edilib. 108 namizəd müsabiqə şərtini ödəyərək – 70 və daha yüksək bal toplayaraq ikinci mərhələyə - müsahibəyə buraxılıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt