Vergi orqanlarında işləmək istəyən 108 nəfər növbəti mərhələyə keçib

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Vergilər Nazirliyi ilə birgə vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən Leqal.info-ya verilən məlumata görə, imtahan bütün binalarda saat 11:00-da başlayıb və 3 saat ərzində aparılıb.

İmtahanın nəticələri saat 16:49-dan etibarən DİM-in internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmək üçün 1544 namizəd qeydiyyatdan keçib. Onlardan 216 namizəd imtahana gəlməyib. 1 nəfər imtahandan xaric edilib. 108 namizəd müsabiqə şərtini ödəyərək – 70 və daha yüksək bal toplayaraq ikinci mərhələyə - müsahibəyə buraxılıb.скачать dle 10.6фильмы бесплатно
30-03-2019, 17:05
Baxıs: 51 284
Reyting: