Azərbaycan ekoturizmə xarici investisiyalar cəlb edəcək
Azərbaycan Dövlət Turizm Agentliyi eko və aqroturizmin inkişafı üçün fəal işləyir.
Bunu Trend-ə Agentliyin aparat rəhbəri Kənan Qasımov deyib. Onun sözlərinə görə, hazırda ümumilikdə turizm sektoruna, o cümlədən aqroturizm, ekoturizm, dağ turizmi kimi sahələrə xarici investisiyaların cəlb olunması ilə bağlı sənəd hazırlanır: “Biz bu sənədi bu ilin sonunadək hazırlamağı planlaşdırırıq”. Aparat rəhbəri qeyd edib ki, turizm sahəsində ciddi islahatlar keçirilib ki, bunların əsasında turizm sənayesinin inkişafına yönəlmiş stimullaşdırıcı paket hazırlanıb. O əlavə edib ki, bu sahədə islahatlar növbəti illərdə də həyata keçirilıəcək. |
XƏBƏR LENTİ
Bu gün, 11:20
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15



































