Rüşvət verən sabiq direktor müavininin kassasiya şikayəti təmin edilməyib

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Samirə Əjdərzadənin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Leqal.info-nun "Report"a istinadən xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, S.Əjdərzadənin kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, S.Əjdərzadə digər şəxslə birgə Tural Xəlilova qarşı dələduzluq etməkdə təqsirli bilinib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Hökmdən narazı qalan qadın apellyasiya şikayətiu verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Xatırladaq ki, daha sonra S.Əjdərzadəyə qarşı Cinayət Məcəlləsinin (CM) 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 79-cu maddəsi nəzərə alınaraq, qadının azyaşlı uşağı 14 yaşına çatana qədər hökmün icrası təxirə salınıb.

S.Əjdərzadə Binə qəsəbəsində yerləşən məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.скачать dle 10.6фильмы бесплатно
28-02-2019, 12:52
Baxıs: 44 834
Reyting: