Xocalıdakı soyqırım bəşəriyyətə qarşı ən qanlı cinayətlərdən biridir

Xocalıdakı soyqırım bəşəriyyətə qarşı ən qanlı cinayətlərdən biridir.

Leqal.info xəbər verir ki, bunu Trend-ə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Türkiyə hökumətindən deyiblər.

Qeyd olunub ki, Türkiyə dünya ictimaiyyətini və beynəlxalq təşkilatları Xocalıdakı soyqırıma düzgün qiymət verməyə çağırır:

“Türkiyə Azərbaycanın kədərini unutmayıb və unutmayacaq, əvvəllər olduğu kimi də ən çətin anlarda Azərbaycanı dəstəkləyəcək”.

Müsahibin sözlərinə görə, Xocalıdakı cinayətlər Ermənistanın işğalçı siyasətinin bir hissəsidir.

O da bildirilib ki, hazırda Cənubi Qafqazda həllinin prioritet olduğu ən vacib problem Dağlıq Qarabağ münaqişəsidir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçmiş, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeritmiş, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülmüş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür.

Xocalı soyqırımını törətməklə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirmiş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal etmişdir. Bunun nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. Dünya tarixinin ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz tarixi gerçəklikdir.скачать dle 10.6фильмы бесплатно
26-02-2019, 11:33
Baxıs: 43 717
Reyting: