Fizika Riyaziyyat və informatika təmayüllü Respublika liseyi və Respublika Olimpiada Mərkəzində Xocalı faciəsinin iyirmi yeddinci ildönümünə həsr olunmuş tədbir keçiriləcək

25 fevral 2019-cu il tarixdə saat 15:00-da Bakı şəhərində Fizika riyaziyyat və informatika təmayüllü Respublika liseyi və eyni zamanda Respublika Olimpiada Mərkəzində Xocalı faciəsinin iyirmi yeddinci ildönümünə həsr olunmuş tədbir keçiriləcək.

Bu barədə Leqal.info-ya Fizika Riyaziyyat və informatika təmayüllü Respublika liseyindən rəsmi müraciət daxil olub.

Tədbir liseyin şagird və müəllim kollektivi tərəfindən təşkil edilmişdir.
Sizi bu tədbirdə iştirak etməyə dəvət edirik.
Tədbir Yasamal rayonu, Əhməd Cəmil küçəsi 3 ünvanında (Elmlər Akademiyası metrosunun yanı) keçiriləcək.

Tədbir liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Bəyaliyev Valeh və Uşaq Birliyinin rəhbəri Hüseynzadə Nərmin tərəfindən keçirilir.скачать dle 10.6фильмы бесплатно
25-02-2019, 08:30
Baxıs: 53 447
Reyting: