SOCAR-ın işçisi dənizə düşərək ölüb

Bu gün “MPK-460” gəmisi “28 May” NQÇİ-nin 19 saylı dərin dəniz özülündən yük qəbul edərkən 4-cü dərəcəli takelajçısı Hüseynov Ağazaman Əlqardaş oğlu gəminin yırğalanması nəticəsində müvazinətini itirərək dənizə düşüb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata görə, suya atılan xilasetmə dairələrini tuta bilməyən A.Hüseynov “Nefteqaz-62” gəmisindən suya endirilmiş qayıq vasitəsilə sudan çıxarılıb.

“Gəmidə olan heyət tərəfindən A.Hüseynova ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, onun öldüyü məlum olub. Hadisə ilə bağlı araşdırma aparılır”, deyə məlumatda qeyd olunub.

SOCAR Azərbaycan neftçiləri adından mərhumun ailəsinə başsağlığı verir, səbr diləyir.скачать dle 10.6фильмы бесплатно
15-02-2019, 18:38
Baxıs: 64 928
Reyting:
  
Teq: SOCAR