Bakı metrosunda cibgir saxlanılıb

Metronun “Elmlər Akademiyası” stansiyasında oğurluqda şübhəli bilinən şəxs tutulub.

DİN-dən Leqal.info-ya verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 11-də metronun “Elmlər Akademiyası” stansiyasının platformasında Masallı rayon sakini olan bir qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Adil Quliyev saxlanılıb.скачать dle 10.6фильмы бесплатно
12-01-2019, 17:10
Baxıs: 47 768
Reyting: