İmişlidə yolu keçən qadını avtomobil vurub

İmişlidə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Leqal.info-nun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən Sadıqova Hədiyyə Vəli qızını vurub.

Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan H.Sadıqova daha sonra Bakıya göndərilib.

Daha əvvəl İmişlidə minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.(Report)скачать dle 10.6фильмы бесплатно
12-01-2019, 18:23
Baxıs: 65 693
Reyting: