Uşaqların odla oynaması nəticəsində baş verən yanğın hadisələrinin sayı azalıb
Azərbaycanda uşaqların odla oynaması nəticəsində baş verən yanğın hadisələrinin sayı azalıb.
"Leqal.info"nun Trend-ə istinadən məlumatına görə, 2000-ci ildə Azərbaycanda 627 yanğın hadisəsi uşaqların odla dəcəllik etməsi nəticəsində baş verib. 2005-ci ildə belə yanğın hadisələrinin sayı 273, 2015-ci ildə 75, 2016-cı ildə 67 olub. Ötən il isə uşaqların odla dəcəllik etməsi nəticəsində baş verən yanğın hadisələrinin sayı daha da azalaraq 61-ə enib. Ümumilikdə 2000-ci ildə 2 525 yanğın hadisəsi baş verdiyi halda, 2017-ci ildə onların sayı 2 126-a enib. |
XƏBƏR LENTİ
Dünən, 13:26
Dünən, 12:55
Dünən, 12:42
Dünən, 12:34