Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Leqal.info"ya verilən məlumata görə, noyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 12-14, Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq. Azərbaycanın rayonlarında noyabrın 21-də hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-9, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, noyabrın 21-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir. |
XƏBƏR LENTİ
Bu gün, 11:42
Bu gün, 10:39
17-03-2023, 16:20
17-03-2023, 16:15
17-03-2023, 16:07
17-03-2023, 12:25
17-03-2023, 12:16
17-03-2023, 12:02
17-03-2023, 11:36